Ana səhifə->Kurslar

PHP

Oxunma sayı: 518

PHP - Personal Home Page - Şəxsi Ana Səhifə mənasına gəlir.İnternet üçün yaradılmış,çox geniş istifadəli,ümumi məqsədli, HTML məzmunlu skriptləşdirmə dilidir. Veb həllərin yaradılmasında istifadə edilən populyar server proqramlaşdırma dilidir. İlk dəfə 1995-ci ildə Rasmus Lerdorf tərəfindən yaradılıb. 2013-cü ilin yanvar ayından etibarən 244 milyondan çox veb səhifə PHP-də işləyir. PHP istifadə edilərək yaradılan sistemlər-Google, Facebook, Twitter, WordPress Blog Sistemi, İnstagram və bir çox başqa sistemlər. Php kodları tərtibatçı (Server) tərəfindən tərtib edilir, istifadəçiyə (Client) html şəklində göstərilir. Burada php kodlarını istifadəçi görməz. Yəni siz .php uzantısı olan bir fayl yaradırsınızsa, içərisində html, css, javascript kodları və php kodları var deməkdir. Php Back-end (Arxa Plan)dir.Yəni, sistemin görüntüsü php üçün çox da önəm daşımır.Onun əsas vəzifəsi arxa planda işləmək,hadisələri idarə etmək və nəticə çıxarmaqdır. Amma istifadəçiyə gözəl görüntü təqdim edilməzsə, siz bu səhifədən bir səmərə əldə edə bilməzsiniz. Onun üçün biz Html (Hyper Text Markup Language), Css(Cascade Style Sheet), Javascript (Hal-hazırda yerini jquery alıb) dillərdən istifadə edərək gözəl İnterface yarada bilərik.

 

Tədris proqramı

 

1. Xampp-ın qurulması, php-yə giriş, dəyişkənlər və sabitlər

2. If, elseif, else, switch şərtləri

3. For, foreach, while döngüsü

4. Massivlər

5. Explode, implode, date, substr, strpos funksiyaları

6. Function, fopen, fwrite, fread, fclose, filesize haqqında

7. İnclude, require funksiyaları və təhlükəsizliyin yoxlanması

8. SERVER, SESSİON, COOKİE haqqında (yaradılması, yoxlanılması, istifadəsi və silinməsi)

9. Post, get metodu haqqında, formlarla iş, formlardan gələn məlumatın yoxlanması

10. Formlar vasitəsilə bir və ya bir neçə faylın yüklənməsi, silinməsi, faylın tipinə, ölçüsünə görə limitin qoyulması

11. Php dən istifadə etməklə sadə sayt şablonunu qurulması

12. Phpmyadmin, mysql-ə giriş, baza və cədvəllərin yaradılması

13. Baza ilə bağlantının yaradılması, insert metodu

14. Select metodu, mürəkkəb sorğuların yaradılması haqqında

15. Update, delete sorğusunun yaradılması

16. Where, order by, group by, limit, count, as haqqında

17. Səhifələmə sisteminin qurulması

18. Like haqqında və axtarış sisteminin qurulması

19. Login sisteminin qurulması və təhlükəsiz giriş haqqında

20. Admin panelin qurulması və işləmə prinsipi və məntiqi haqqında

21. Xəbər tipli saytın yaradılması

22. Xəbər tipli saytın yaradılması ardı, ardını oxu funksiyası, like, komment sistemlərinin yaradılması

23. Mesajlaşma sistemin yaradılması

24. Praktiki məşğələ və yekunlaşdılımış təkrar