Yaranma tarixi və strukturu
İnstitutun Tədris-İnnovasiya Mərkəzi 2003-cü ildə yaradılmışdır və üç sektordan ibarətdir: Doktorant və dissertantlarla iş sektoru, Tədrisin təşkili sektoru və Layihələrin idarə edilməsi sektoru. Bunlardan başqa, Tədris-İnnovasiya Mərkəzinin nəzdində iki mərkəz fəaliyyət göstərir: Distant Tədris Mərkəzi və Wiki-Mərkəz.
Kadr təminatı
Mərkəzin rəhbəri: Rəsmiyyə Mahmudova
Hazırda mərkəzdə pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşların sayı 40 nəfərdən artıqdır. Bunlar institutun elmi işçiləri və İT üzrə yüksək ixtisaslı mütəxəssislərdir.
Mərkəzin maddi-texniki təminatı və tələbələrə yaradılmış şərait
Mərkəz institutun 1-ci mərtəbəsində yerləşir və 11 otaqdan ibarətdir.
-
- Mərkəz 60-a yaxın müasir tipli kompüter, proyektor, çap qurğusu və digər texniki avadanlıqlarla təmin olunmuşdur;
-
- Bütün kompüterlərin İnternetə fasiləsiz çıxışı təmin edilmişdir;
-
- Dərs otaqlarında interaktiv elektron lövhələrdən istifadə olunur;
-
- Mərkəzdə tədris olunan dərslərin keyfiyyətinə nəzarət etmək üçün videonəzarət sistemi mövcuddur;
-
- Mərkəzin daxili televiziyası fəaliyyət göstərir. Burada mütəmadi olaraq mərkəzin fəaliyyəti və təklif olunan xidmətlər, eləcə də İKT yenilikləri, təhsil xəbərləri, tədrisdə tətbiq olunan yeni texnologiyalar və s. barədə məlumatlar verilir;
Mərkəzin əsas fəaliyyət istiqamətləri
- Respublika üzrə bütün doktorant və dissertantlara İnformatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu;
- Regionlarda yaşayan doktorant və dissertantlara internet üzərindən distant formada İnformatika fənninin tədrisi və imtahanların qəbulu;
- İnstitutun doktorant və dissertantlarının ixtisas fənnindən imtahanlarının təşkili;
- İnstitutun magistrlərinin ixtisas fənlərindən dərs və imtahanların təşkili;
- AMEA-nın institut və təşkilatlarında doktorant və dissertantların ixtisas imtahanlarının test üsulu ilə keçirilməsi işinin təşkilinə dəstək göstərilməsi;
- AMEA-nın magistrlərinə ümumi fənnlərin tədrisi və imtahanların qəbulu;
- Müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili;
- Ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstək göstərilməsi;
- İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin həyata keçirilməsi;
- İnformasiya texnologiyaları sahəsində biliklərin sertifikatlaşdırılması.
|