Oxunma sayı: 2481

CorelDraw Praktiki Vəsait. 

 

Müəllif………………..

Gözəlova R.Y., Gözəlova H.Y.

Rəyçilər.........………...

böyük elmi işçi Gülarə Məmmədova

böyük elmi işçi Tamilla Bayramova

Səhifələrin sayı……….

226 səh.

Buraxılış ili…………...

2015

ISBN……………….....

978-9952-434-62-0

Nəşriyyat……………...

Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı

Kitab haqqında:

Dizaynerlər və veb-qrafikanı işləyən proqramçılar arasında çox məşhur olan CorelDRAWX6 qrafik redaktoru yeni başlayanlar üçün də stolüstü kitab ola bilər. Bu kitabda proqramın interfeysi, əmrlər və əsas əməliyyatlar aydın və səlis şəkildə izah edilir. Burada iş mühitinin sazlanması, mətnlərlə və rənglərlə iş, fiqurların konturlarının yaradılması, nöqtəli təsvirlərlə iş, xüsusi effektlər, şəkillərin çap edilməsi və s. ətraflı izah edilib. Kitabda tətbiq edilmiş “sadədən mürəkkəbə doğru” prinsipi əsasında qısa müddət ərzində vektor qrafikasını öyrənmək elə də çətin olmayacaq. Proqramda menyu və alətlərin adları ingilis və rus versiyasına uyğun olaraq hər iki dildə verilmişdir. Hər bir mövzu CorelDRAW proqramının bütün imkanlarını qavramağa imkan verən müxtəlif nümunələrlə izah edilib.

Kitab CorelDRAW proqramını sərbəst öyrənmək istəyən istifadəçilər və proqramı tədris edən müəllimlər üçün nəzərdə tutulub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.