Ana səhifə->Elanlar

28.02.2017, 11:00

Oxunma sayı: 293

“Tədqiqatını işıqlandır” müsabiqəsi keçirilir

EaP Connect layihəsi elmi tədqiqatçılara beynəlxalq miqyaslı elm və təhsil  şəbəkələrindən faydalanmaq imkanı verir.

Azərbaycan alimləri beynəlxalq müsabiqəyə dəvət olunur. AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “EaP Connect layihəsi çərçivəsində “Tədqiqatını işıqlandır” (“Enligthen Your Research”) adlı müsabiqə keçirilir.

Müsabiqə yə yüksəksürətli İnternet şəbəkəsinə çıxış, hesablama və yaddaş resursları tələb edən elmi-tədqiqat işləri qəbul olunur. Tədqiqatçılar bu müsabiqəyə qoşulmaqla Avropanın superkompüterlərindən və qabaqcıl şəbəkə texnologiyalarından ödənişsiz şəkildə yararlana biləcək. Elmin bütün sahələrinə açıq olan müsabiqənin qaliblərinə tədqiqat prosesində yaranan hesablama resursları, yaddaş, şəbəkə texnologiyaları ilə bağlı dəstək veriləcək.

Qalib gələn tədqiqatçılar 1 il müddətində yüksəksürətli İnternet şəbəkəsi, hesablama və yaddaş resurslarından istifadə etmək hüququ qazanacaq. Həmçinin qalib layihələr 27-28 sentyabr 2017-ci ildə Belarusiyanın paytaxtı Minsk şəhərində EaP Connectin təşkilatçılığı ilə keçiriləcək Şərq Tərəfdaşlığı E-İnfrastruktur Konfransında (EAPEC 2017) iştirak edəcək və mükafatlandılacaq.

EYR@EaP 2017 vasitəsilə təqdim edilən müsabiqəyə aşağıdakı infrastruktur xidmətləri və resursları daxildir:

  • Şəbəkə xidmətləri

  • Cloud resursları

  • Aşağıdakı təşkilatların resurslarına çıxış imkanı:

    • Avropada Qabaqcıl Hesablama üzrə Tərəfdaşlıq PRACE (The Partnership for Advanced Computing in Europe)

    • Hollandiya milli yüksək performanslı hesablama və e-elm dəstək mərkəzi SURFsara (Dutch national high-performance computing and e-science support center)

    • Avropada Tədqiqat üçün Açıq Çıxış İnfrastrukturu OpenAIRE (Open Access Infrastructure for Research in Europe)

Daha ətraflı məlumatı eapconnect.eu saytından əldə etmək mümkündür.

 

Onlayn müraciət forması

Mühüm tarixlər:

Müsabiqənin ilkin mərhələsinin elanı – 7 fevral 2017-ci il

Müraciət üçün son tarix – 7 aprel 2017-ci il

Müsabiqənin ilkin mərhələsinin bildirişlərinin e-mail vasitəsilə göndərilməsi –   8 May 2017-ci il

Konsultasiya mərhələsi –  may-iyun 2017-ci il

Layihənin təqdim oluması üçün son tarix –    3 İyul 2017-ci il

Qalib layihələrin elan olunması ­– 1 avqust 2017-ci il

EAPEC2017 konfransında mükafatlandırma mərasimi –  27-28 sentyabr 2017-ci il

Layihənin işinə başlanılması – dekabr 2017 - dekabr 2018-ci il

Əlaqə: iro@iit.science.az

EaP Connect layihəsi ilə bağlı əlavə məlumat: www.eapconnect.eu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.