Ana səhifə->Elanlar

09.02.2017, 17:00

Oxunma sayı: 264

“Elektron təhsil texnologiyaları qeyri-məhdud imkanlar sahəsidir” adlı konfrans keçiriləcək

15 mart 2017-ci il tarixdə Rusiyanın Novosibirsk şəhərində “Elektron təhsil texnologiyaları qeyri-məhdud imkanlar sahəsidir” II beynəlxalq elmi-praktiki konfransı keçiriləcək.

Tədbirin əsas istiqamətləri:

- elektron təhsil texnologiyaları: metodologiya, nəzəriyyə və tətbiq təcrübəsi;

- müasir dövrdə fasiləsiz təhsilin reallaşdırılması;

- elektron təhsilin pedaqogika və psixologiyası, distant təhsil texnologiyaları;

- təhsil müəssisələrinin informasiya mühiti;

Konfrans onlayn texnologiyalar əsasında keçiriləcək. Tədbirə qatılmaq üçün stu.ru saytının «Новости» bölməsinə daxil olmaq lazımdır.  

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunacaq.

Müraciət üçün son tarix: 15 mart 2017-ci il

Elektron poçt: conf2017EOT@yandex.ru

konferencii.ru